Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda maşın aşdı -<font color=red><b> xəsarət alanlar var</b></font>

15:42 - 8 Dekabr 2022 tarixində dərc olunub.

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Əsgərabad kəndi ərazisində minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1988-ci il təvəllüdlü Gülşən Ağayeva, 1989-cu il təvəllüdlü Coşqun Ağayev, 1997-ci il təvəllüdlü Rəqsanə Rzazadə və 1997-ci il təvəllüdlü Mərhəmət Rzazadə xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: