Qətərdə keçirilən dünya çempionatında ən çox qol vuran klubun oyunçuları məlum olub
Ucnoqta.az xəbər verir ki, mundialın qrup və 1/8 final mərhələlərində futbolçuları ən çox qol vuran klub Fransa PSJ-si olub.
Paris klubunun oyunçuları DÇ-2022-də daha çox fərqləniblər.
Kilian Mbappe 5 qolla mundialın bombardirləri yarışına başçılıq edir. Lionel Messi 3, Neymar və Karlos Soler isə 1 qol vurub.