Azərbaycan Türkiyədən MAM sursatı ailəsinin ən böyük və ən yeni üzvü MAM-T “hava-yer” tipli aviasiya sursatları alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Roketsan”ın baş direktorunun müavini Murat Kurtuluş POLİQON jurnalına müsahibəsində bildirib.
“MAM-T sursatının da çox yaxın zamanda layihəsini həyata keçirmiş olacağıq. Yeni müqavilə çərçivəsində MAM-L-dən sonra MAM-T sursatını da Azərbaycan Silahlı Qüvvələrinin xidmətinə təqdim etmək istəyirik. Bununla əlaqədar razılaşmamız son mərhələdədir. Çox yaxın zamanda onu da reallaşdırmağa başalayacağıq”, – deyə Murat Kurtuluş vurğulayıb.