Ucnoqta.az
www.ucnoqta.az

Polis əməliyyat keçirdi: <font color=red><b>Bakı və Masallı sakinləri tutuldular</b></font>

14:05 - 5 Dekabr 2022 tarixində dərc olunub.

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Amid Əsgərov və Orxan Allahverdiyev Cəlilabad rayonu ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az -a verilən məlumata görə, onlardan ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqram 885 qram marixuana, 1 kiloqram 935 qram tiryək və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. 

Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Elnur Məmmədov Cəlilabad rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onun əlindəki bağlamadan 1 kiloqram 260 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: