Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda avtomobil 6 yaşlı uşağı vurub

15:42 - 3 Dekabr 2022 tarixində dərc olunub.

Qazax rayonunda avtomobil 6 yaşlı uşağı vurub.

"Report"un məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili Qazax rayon sakini, 2016-cı il təvəllüdlü M.Muradovanı vurub. Hadisə nəticəsində uşaq müxtəlif bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: