Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 515 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 123, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.