Ucnoqta.az
www.ucnoqta.az

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırıldı

20:03 - 2 Dekabr 2022 tarixində dərc olunub.

AFFA İntizam Komitəsi "Səbail" klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. "Dənizçilər"ə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

Müəllif: