Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə əməliyyat - <font color=red><b>Saxlanılanlar var - Foto</b></font>

13:49 - 1 Dekabr 2022 tarixində dərc olunub.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - Mustafa Nəsibov və Qurban Nuriyev - saxlanılıblar. Onların evinə və üzərinə baxış keçirilən zaman M.Nəsibovdan metamfetamin, marixuana, elektron tərəzi və süngü bıçaq, Q.Nuriyevdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: