Ucnoqta.az
www.ucnoqta.az

Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin <font color=red><b>NƏZƏRİNƏ</b></font>

13:18 - 1 Dekabr 2022 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Təhsil Institutu Respublika fənn olimpiadalarında iştirak etmək üçün onlayn qeydiyyat prosesini tamamlaya bilməyən şagirdlərə müraciət edib

Ucnoqta.az xəbər verir ki, onlayn qeydiyyat yenidən aktiv edilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Belə ki, 1 dekabr saat 12:00-dan 2 dekabr saat 17:00-a kimi onlayn qeydiyyat sistemi aktiv olacaq.

Onlayn qeydiyyat ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.

Müəllif: