Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha çox insan bu xəstəlikdən ölür

13:10 - 1 Dekabr 2022 tarixində dərc olunub.

 2016-2021-ci illərdə Azərbaycanda 1237 nəfər İİV-dən dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu illər ərzində ən çox ölüm halı 2018-ci ildə qeydə alınıb - 98 nəfər.

“Daha çox insan vərəmdən ölür. Bu illər ərzində vərəmdən ölüm 27,3% təşkil edir. İkinci yerdə - onkoloji xəstəliklərdən ölüm (12,3%), üçüncü yerdə - qaraciyər sirozundan (9,5%). Ürək-damar patologiyalarından ölüm 6,2 faiz təşkil edir”.

Müəllif: