Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda suyun qiyməti artırıldı

13:50 - 29 Noyabr 2022 tarixində dərc olunub.

Ermənistan su təchizatı üçün yeni tarifləri təsdiqləyib

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, “Veolia Jur” QSC-nin (Ermənistanda su təchizatı operatoru) müraciətinə əsasən, İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası yenidən işlənmiş su tariflərini təsdiqləyib. Tənzimləyicinin qərarı ilə 2023-cü il yanvarın 1-dən orta çəkili tarif bir kubmetr üçün 8,419 dram artırılacaq.

Sosial təminatı olmayan abonentlər üçün (onlardan 100 minə yaxındır) tarif 1 kubmetr üçün 180 dram səviyyəsində qalacaq, digər kateqoriyalar üzrə istehlakçılar üçün isə 200,47 dramdan 208,419 dram-a yüksələcək.

Müəllif: