Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada öldü

10:58 - 29 Noyabr 2022 tarixində dərc olunub.

Bakıda iki həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, noyabrın 16-da Məmmədov Abdulla İsrafil oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə 1955-ci il təvəllüdlü Şəmsiyyət Zeynalovanı vurub.

Yaralı qadın dünən 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.///report

Müəllif: