Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə 32 yaşlı kişini cərəyan vuraraq öldürdü

19:17 - 28 Noyabr 2022 tarixində dərc olunub.

İmişli rayon sakinini elektrik cərəyanı vurub.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə İmişli şəhərində baş verib. Çayxananın dam örtüyünü təmir edən İmişli şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Teyyub oğlu yüksək gərginlikli elektrik xəttinə toxunub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: