Ucnoqta.az
www.ucnoqta.az

Pensiya yaşının azaldılması təklifinə Sahil Babayevdən <font color=red><b>CAVAB</b></font>

13:55 - 25 Noyabr 2022 tarixində dərc olunub.

“Pensiya yaşı ilə bağlı müəyyən yanlış rəqəmlər səsləndirilir. Bu gün 60%-dən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda 40% sosial müavinət alan şəxslər var”.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Bu gün pensiyaya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır", - deyə nazir deputatların təkliflərinə münasibət bildirib.

Qeyd edək ki, bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif ediblər.

Müəllif: