Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz ov edənlərdən ov tüfəngi götürülüb -<font color=red><b> FOTO</b></font>

11:22 - 24 Noyabr 2022 tarixində dərc olunub.

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Alıyev və E.Rüstəmov 7 saylı qəsəbə ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və ovladıqları çöl heyvanı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: