Ucnoqta.az
www.ucnoqta.az

Yeni sədr Cavid Qurbanovun yaxın kadrını<font color=red><b> işdən çıxardı</b></font>

10:11 - 24 Noyabr 2022 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, R.Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.

Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.

 

Müəllif: