Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb

21:04 - 23 Noyabr 2022 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.

Müəllif: