Ucnoqta.az
www.ucnoqta.az

UEFA "Qarabağ" yarım milyon ödədi

16:22 - 23 Noyabr 2022 tarixində dərc olunub.

UEFA "Qarabağ" klubuna ödəniş edib.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" klubu 504 000 avro vəsaiti UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə və turnirdə iştirakla əlaqədar bonus olaraq alıb.

Maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Müəllif: