Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistana gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti bildirib.“İrəvanda Nikolay Patruşev KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün İrəvanda KTMT-nin sammiti keçiriləcək. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 2022-ci ildə təşkilata Ermənistan sədrlik edir, gələn il sədrlik Belarusa keçəcək.