Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Ərdoğan Qətərə gedir</b></font> - dünya çempionatının açılışında iştirak edəcək

12:09 - 20 Noyabr 2022 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Əs-Saninin dəvəti ilə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 2022-ci il futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Qətər əmiri Əl-Saninin dəvəti ilə noyabrın 20-də Dohaya səfər edəcək.

Müəllif: