Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, <font color=red><b>ölən var</b></font>

14:24 - 19 Noyabr 2022 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: