Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda iki azyaşlı bacının ölümü ilə bağlı araşdırmanın ilkin nəticəsi açıqlandı

18:20 - 18 Noyabr 2022 tarixində dərc olunub.

Qida Təhlükəsizliyi Agentliyi Sumqayıtda iki azyaşlı uşağın ölümü ilə bağlı araşdırmaların ilkin nəticələrini açıqlayıb.

AQTA-dan bildirilib ki, 16 noyabr tarixində Sumqayıt şəhərində iki azyaşlının olümü ilə əlaqədar AQTA və müvafiq qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib. Hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AQTA bir daha vətəndaşları zəhərlənmə ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara inanmağa, kütləvi informasiya vasitələrinin əməkdaşlarını isə əldə etdikləri informasiyaları yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə dəqiqləşdirməyə çağırıb. Bildirilib ki, istənilən halda ekspertiza rəyi olmadan yanlış məlumatların media vasitəsilə yayılması yolverilməzdir.

Qeyd edək ki, noyabrın 16-da Sumqayıtda 2 azyaşlı ölüb. Ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, eyni ailənin üzvü olan 03.10.2018-ci il təvəllüdlü A.Ə. və 08:15-də 03.07.2016-cı il təvəllüdlü A.A. valideynləri tərəfindən 16.11.2022-ci il saat 05:35-də Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib.

Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

 

Müəllif: