Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzilə qumbara və qərənfil qoyan şəxs <font color=red><b>SAXLANILDI</b></font>

11:16 - 18 Noyabr 2022 tarixində dərc olunub.

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

 

Müəllif: