Ucnoqta.az
www.ucnoqta.az

İcra başçısının birinci müavini vəzifəsindən azad edilib

16:48 - 17 Noyabr 2022 tarixində dərc olunub.

Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.

Müəllif: