Ucnoqta.az
www.ucnoqta.az

Əsgərlərə köhnə geyimlər verilir - <font color=red><b>Erməni deputat</b></font>

13:32 - 17 Noyabr 2022 tarixində dərc olunub.

"Əsgərlərdən birinə 40-cı illərdən qalma dəbilqə verilib”

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputat Qeqam Manukyan deyib. O, bildirib ki, Ermənistan hakimiyyətinin orduda elan etdiyi islahatlar daha çox imitasiya xarakteri daşıyır. 

“Hələ 2022-ci ilin fevralında müdafiə naziri Suren Papikyan demişdi ki, tezliklə müdafiə strategiyasını təqdim edəcək, sənəd hazırdır, cəmi bir neçə detal qalıb. Doqquz ay keçdi və hələ də strategiya ortada yoxdur, belə nəticəyə gəlmək olar ki, bütün bu proqramlar yalnız masa üstü çıxışlar səviyyəsində qalıb”, - Manukyan bildirib.

Deputat bildirib ki, bu günlərdə parlamentin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryana təlim-məşq toplanışında iştirak edən ehtiyatda olan hərbçilərdən birinin fotosunu göstərib, ona 1940-cı illərin qırmızı ulduzlu dəbilqəsi verilmişdi.

Müəllif: