Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda partlayışda 3 azyaşlı xəsarət alıb

23:18 - 16 Noyabr 2022 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, bu gün Xırdalanda partlayış baş verib.

TƏBİB-dən Ucnoqta.az-a verilən məlumata görə, yaralanan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Müəllif: