Ucnoqta.az
www.ucnoqta.az

"Fransa düşmən dövlət elan edilsin" -<font color=red><b> Tahir Kərimli</b></font>

16:11 - 16 Noyabr 2022 tarixində dərc olunub.

"Fransa düşmən dövlət elan edilsin".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, düşmənçiliyin bundan artıq səviyyəsi olmaz.

"Təklif edirəm ki, təcili şəkildə Fransada olan səfirimiz məsləhətləşmələrlə bağlı geri çağırılsın. Azərbaycandakı Fransa səfirliyi, bütün diplomatik korpus, o cümlədən onların şirkətləri bizə lazım deyil. Bu anda dövlətimiz ətrafında milli birlik yaratmaq lazımdır. Özünü demokratik elan edən Fransa bizlərə nə zülm edir. Ayıq olmalıyıq və vahid mövqedən çıxış etməliyik. Fransanın məkrli planlarına qarşı çıxanlarla diplomatik və digər əlaqələri gücləndirməliyik".///unikal

Müəllif: