Azərbaycan əhalisinin sayı 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu ilin əvvəlindəki göstəricidən 42274 nəfər və ya 0,4 faiz artıqdır. Əvvəlki illərdə də ölkəmizdə əhalinin sayının artımı müşahidə olunub.
Dünyada da əhalinin sayı artır. 2050-ci ildə dünya əhalisinin sayı 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərədək artacağı proqnozlaşdırılır.
Əhalisinin sayı artan ölkələrlə yanaşı, azalan ölkələr də var. Əhalisinin sayı azalan ölkələrin ilk beşliyində Litva, Latviya və Ukrayna var. Bu ölkələr əhalisinin təqribən 1/5-ni itirəcək. Bu gün də vəziyyət ürəkaçan deyil. Moldova da əhalisi azalan ölkələrdən biridir.
Dünya ölkələrinin 2020-2050-ci illərdə əhalisi azalacaq ölkələri:
faizlə.
Bolqarıstan - 22,5 faiz. Litva – 22,1 faiz, Latviya- 21,6 faiz. Ukrayna- 19,5 faiz. Serbiya-18,9 faiz. Bosniya və Hersoqovina - 18,2 faiz. Xorvvatiya- 18.0 faiz. Moldova-16,7 faiz. Yaponiya-16,3 faiz. Albaniya- 15.8 faiz.
Dünyanın ən çox əhalisi olan ölkələr isə Çin və Hindistandır. Bu ölkələrin hər birində təqribən 1,5 milyard insan yaşayır.
Pünhan