Ucnoqta.az
www.ucnoqta.az

Sahibkara xəsarət yetirib 30 min manatı apardılar

09:20 - 15 Noyabr 2022 tarixində dərc olunub.

Sədərək Ticarət Mərkəzində sahibkara xəsarət yetirilib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Sədərək Ticarət Mərkəzində sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib.

O, mağazadan 30 min manat pul götürərək qaçıb.

DİN-dən bildirilib ki, quldurluq əməli ilə bağlı müvafiq araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.

 

Müəllif: