Ucnoqta.az
www.ucnoqta.az

Dərmanların dövlət qeydiyyatına alınmasına dair layihə hökumətə təqdim edildi

14:58 - 10 Noyabr 2022 tarixində dərc olunub.

“Əczaçılıq sektorunun inkişafı ilə əlaqədar Nazirlər Kabinetinin yaratdığı komissiya var”.

Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, bu komissiya artıq işçi formada layihə hazırlayıb və hökumətə təqdim edib: “Bu layihə dərmanların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Burada əvvəlki yanaşmadan fərqli olaraq, kifayət qədər ciddi irəliləyişlər var. Ümid edirik ki, bu, yaxın gələcəkdə qəbul olunacaq”.

 

Müəllif: