Ucnoqta.az
www.ucnoqta.az

Kəmaləddin Heydərovdan yeni təyinat

10:10 - 10 Noyabr 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Kazımov Kazım Tahir oğlu  Akademiya rəisinin müavini təyin olunub. 

O, bu təyinatdan əvvəl akademiyanın "Yanğın, xüsusi hazırlıq və ixtisas fənnləri” kafedrasının rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, texnika üzrə fəlsəfə doktoru olan Kazım Kazımov 22.08.1982-ci ildə Bakı şəhərində anadan olub.

2008-ci ildə Ukrayna Mülki Müdafiə Universitetini bitirib. Ailəlidir, 3 övladı var.
Xatırladaq ki, ötən ay Akademiyanın rəis müavini, polkovnik Babaşov İlham Balasəlim oğlu vəzifəsindən azad olunub.///qaynarinfo

Müəllif: