Ucnoqta.az
www.ucnoqta.az

Putin Ermənistana gedəcək

20:32 - 9 Noyabr 2022 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı noyabrın 23-də İrəvanda keçiriləcək KTMT sammitinə hazırlıq müzakirə olunub. 
Qeyd edək ki, Rusiya dövlət başçısı noyabrın 22-də KTMT sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.

Müəllif: