Ucnoqta.az
www.ucnoqta.az

Avtomobil 67 yaşlı qadını vuraraq öldürüb

11:55 - 9 Noyabr 2022 tarixində dərc olunub.

Gəncədə avtomobil 67 yaşlı qadının vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində "VAZ 2107" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü Firuzə Qocayevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: