Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Dünya Kubokunun finalı:</b></font> Azərbaycan millisi İranla üz-üzə gələcək

09:48 - 6 Noyabr 2022 tarixində dərc olunub.

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

Ucnoqta.az xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.

Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.

Müəllif: