Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - <font color=red><b>MN</b></font>

20:58 - 3 Noyabr 2022 tarixində dərc olunub.

Noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Müəllif: