Ucnoqta.az
www.ucnoqta.az

Bakıda polis piyadanı vurdu

17:30 - 3 Noyabr 2022 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda polis idarə etdiyi avtomobillə piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Xətai rayon Polis İdarəsinin əməkdaşı idarə etdiyi “Mersedes” markalı avtomobillə yola çıxan piyadanı vurub. Yüngül xəsarət alan piyada polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılması təmin edilib. Sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Araşdırma aparılır.

Müəllif: