Ucnoqta.az
www.ucnoqta.az

Yollardan yağış barmaqlıqlarını oğurlayan şəxsə <font color=red><b>hökm oxunub</b></font>

19:57 - 2 Noyabr 2022 tarixində dərc olunub.

Paytaxt yollarında yağış barmaqlıqlarının oğurlanması ilə bağlı polis orqanlarına daxil olan bütün müraciətlərlə bağlı zəruri tədbirlər görülüb.

 DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, daxil olan müraciətlər üzrə 61 ədəd yağış və qurunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Şahmalı Əzimov Cinayət Məcəlləsinin oğurluq maddəsi istintaq olunub.

Məhkəmə qərarı ilə Ş.Əzimova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Müəllif: