Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”ın oyununa bilet almaq istəyənlərin <font color=red><b>DİQQƏTİNƏ:</b></font> 26-cı sektorun biletləri satışda

16:30 - 2 Noyabr 2022 tarixində dərc olunub.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu üçün 26-cı sektorun biletləri də satışa çıxarılıb.

Ucnoqta.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin biletləri iticket.az və kassalardan ala bilərsiniz.

30, 31, 37 və 38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.
Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Sabah keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.

Müəllif: