Ucnoqta.az
www.ucnoqta.az

Bu rayona içməli suyun verilməsi dayandırılıb

19:12 - 1 Noyabr 2022 tarixində dərc olunub.

Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə Ucnoqta.az-a Azərsu ASC-dən bildirilib.

Qeyd edilib ki, 2 noyabr tarixində günün sonuna qədər təmir-bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.

 

Müəllif: