Ucnoqta.az
www.ucnoqta.az

“Naxçıvanın muxtar statusunun ləğvinə hazırlıq sürətlənir”

15:52 - 1 Noyabr 2022 tarixində dərc olunub.

 “Belə başa düşürəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir – doğru yanaşmadır. Amma bu addımın illərdir dediyimiz hüquqi bazası, konstitusiya islahatları ayağı mütləq olmalıdır".

Ucnoqta.az xəbər verir ki, bunu REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyib: "Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir. Bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq”.

Müəllif: