Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.
Ucnoqta.az xəbər verir ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin yanvar-sentyabr aylarının statistikasına nəzər yetirək. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 51.347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.549 və ya 39,5% çox olub.
2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 29.375 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 9 ayı ərzində girov qoyulmuş ümumi 51.347 əmlakdan 8.946-sı torpaq sahəsinin, 7.931-i isə fərdi yaşayış evinin payına düşüb.