Ucnoqta.az
www.ucnoqta.az

Restoranda quldurluq edən şəxs saxlanıldı

11:19 - 1 Noyabr 2022 tarixində dərc olunub.

Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmlar davam etdirilir.

Müəllif: