Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda maşın arakəsməyə çırpılıb, xəsarət alanlar var - <font color=red><b> FOTO</b></font>

18:43 - 31 Oktyabr 2022 tarixində dərc olunub.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: