Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 10 min manatlıq samovarlar <font color=red><b>OĞURLANDI</b></font>

16:23 - 31 Oktyabr 2022 tarixində dərc olunub.

Bakıda fərdi yaşayış evindən oğurluq edən şəxsə hökm oxunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, oğurluq hadisəsi paytaxtın Suraxanı rayonu, "Qum adası" yaşayış massivində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Elvin Vəlizadə gecə saatlarında evin ətrafında gəzib. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan tullanaraq evin həyətinə daxil olub. O, həmin fərdi yaşayış evindən ümumi dəyəri 9 500 manat olan iki samovar oğurlayıb. Bundan başqa, dəyəri 120 manat olan odun samovarını da oğurluq yolu ilə ələ keçirib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə E.Vəlizadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Müəllif: