Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc oğlan doqquzuncu mərtəbədən yerə yıxıldı

21:06 - 30 Oktyabr 2022 tarixində dərc olunub.
Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisənin təffərüatları araşdırılır.
Müəllif: