Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın dövlət kanalından Azərbaycana qarşı <font color=red><b>TƏXRİBAT: "Qarabağ müstəqil dövlət kimi ..."- FOTO</b></font>

09:47 - 29 Oktyabr 2022 tarixində dərc olunub.

Rusiyanın dövlət telekanalı olan "Rossiya24" tərəfindən Azərbaycan Respublikasının suverenyliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib.

Ucnoqta.az xəbər verir ki,  28 oktyabr tarixində Moskva vaxtı ilə saat 17:31-17:33-də bu Kreml telekanalının xəbərlər proqramının efirində növbəti dəfə Azərbaycan Respublikasının hüquqi-inzibati ərazi bölgüsü təhrif edilib. Belə ki, aparıcı Rusiya rəhbərliyinin Qarabağ məsələsinə münasibətini şərh edərkən  kadrlarda 17:31-32-də  Xankəndinin erməni əski parçaları ilə bəzədilmiş küçələri fonunda da üst-üstə təxminən yarım dəqiqə ərzində "Dağlıq Qarabağ Respublikası" yazısı, 17:33-də isə Azərbaycan torpağındakı separatçı-terorçu rejimin keçmiş üzdəniraq rəhbəri Bako Saakyanın oktybaırn 27-də İrəvanda Rusiya-Ermənistan "Lazarev" klubundakı çıxışından sitat təqdim edilərkən həmin separatçının görüntüsünün altında "Artsax prezidenti (2007-2020)"  yazısı görünüb.

Xatırladaq ki, son günlər ölkəmizə qarşı oxşar təxribatlar Rusiyanın bir sıra dövlət və özəl sayılan kanalları tərəfindən də törədib.///moderator

Müəllif: