Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazovdan yeni<font color=red><b> TƏYİNAT</b></font>

21:08 - 28 Oktyabr 2022 tarixində dərc olunub.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Ucnoqta.az-ın "Unikal"a istinadən məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis mayoru Quliyev Rəşad Alim oğlu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə R.Quliyev DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinə rəis təyin olunub.

 

Müəllif: