Ucnoqta.az
www.ucnoqta.az

Sosial təşəbbüs və layihələri siyasiləşdirməyə çalışanlar

12:00 - 28 Oktyabr 2022 tarixində dərc olunub.

Yaxud Heydərabad şəhəri layihəsindən kimlər divident götürməyi hədəfləmişdi

Ölkədə bu və ya digər sahədə əldə edilən uğurlar, həyatımızın bir çox istiqamətlərini əhatə edən məqsədyönlü tədbirlər, eləcə də sosialyönümlü layihələri bir qayda olaraq bəzi dairələr siyasiləşdirməyə, həmin layihələrə siyasi don geydirməyə və bununla da cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırlar.

Baxmayaraq ki, sadaladığımız proseslər birbaşa əhalinin sosial durumunun yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərir və vətəndaşlarımız bundan yalnız bəhrələnə bilirlər. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər şeyə siyasi don geydirmək, ağı qara görmək mərəzində olanlar özlərinin pozuculuq əməlləri ilə zaman-zaman xalq, millət, dövlət üçün nəzərdə tutulan layihələr, işləri əngəlləməyə çalışıb, ona mane olmağa cəhd göstəriblər. Nəticə etibarilə kifayət qədər iş görüb irəliyə doğru atılan addımlar məhz siyasi oyunbazların əməlləri fonunda geriyə istiqamət götürüb, yenidən hər şey sıfırdan başlanılıb.

Qarabağda Heydərabad şəhərinin salınması ideyasının ortaya çıxması, bu məqsədlə Təşəbbüs Qrupunun yaradılması və sözügedən ideyanın reallaşması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlandığı kimi. Məlumat üçün qeyd edək ki, Azərbaycanın əyalətlərindən birində Heydərabad şəhərinin salınması, yaxud rayonlardan birinin adının dəyişdirilərək Heydərabad adlandırılması təşəbbüsü zaman-zaman gündəmə gəlib. Ən son 44 günlük Vətən müharibəsində tarixi zəfərimiz və torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda Heydərabad şəhərinin salınması təşəbbüsü irəli sürülüb. Etiraf etmək lazımdır ki, sonuncu təşəbbüsə qədər irəli sürülən digər təklif və təşəbbüslərin həyata keçirilməsi istiqamətində mütəşəkkil fəaliyyət ortaya qoyulmayıb.

Qeyd etdiyimiz kimi 44 günlük Vətən müharibəsindən sonra sözügedən təşəbbüsün həyata keçməsi istiqamətində məqsədyönlü işlərin görülməsinə başlanıldı. Burada diqqət çəkən məqam ondan ibarət idi ki, həmin təşəbbüsün reallaşması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdə siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri təmsil olunurdu. Hətta hazırkı hakimiyyətə uzun illərdir ki, radikal müxalifətdə dayanan Müsavat Partiyasının lideri İsa Qəmbərin qardaşı Rövşən Qəmbər də Heydərabad şəhərinin salınması ideyasını, təşəbbüsünü müsbət qarşılayanlardan olub və həmin ideyaya qoşulub. "Milli İnkişaf" İctimai Birliyi sözügedən məsələni ideya halına salanda məhz Rövşən Qəmbər də həmin ideyaya qoşulanlardan olub. Qısa zamanda yaradılan Təşəbbüs Qrupu, ideyanın gerçəkləşməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətin ünvanlanması, həmçinin ilkin şəhər layihəsinin hazırlanması qarşıya qoyulan məqsədə nail olunacağından xəbər verirdi. Lakin çox keçmədən ənənəvi ara qarışdıranların hansı məkirli niyyətin daşıyıcıları olduğu üzə çıxdı və respublikamız, dövlətimiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən layihə siyasiləşdirilməyə çalışıldı. Nəticə etibarilə Qarabağda Heydərabad şəhərinin salınması ilə bağlı yaradılmış Təşəbbüs Qrupu buraxılaraq yeni tərkibdə formalaşdırıldı. 33 nəfərdən ibarət yeni yaradılan Təşəbbüs Qrupunun rəhbəri, Qarabağda Heydərabad şəhərinin salınması ideyasının müəllifi, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyir ki, əvvəlki Təşəbbüs Qrupunun buraxılmasının başlıca səbəbi vaxtı ilə orada təmsil olunan bəzi şəxslərin bu ideyanı siyasiləşdirməyə cəhd göstərməsi olub. Arzuman Muradlı diqqətə çatdırıb ki, onların içərisində daha çox Rövşən Qəmbər pozuculuq fəaliyyəti ilə məşğul idi: "Etiraf edim ki, əvvəl Rövşən Qəmbər də irəli sürülən təşəbbüsü siyasiləşdirmək, ona siyasi don geydirmək kimi bir mənfi tendensiya müşahidə edilmirdi. Ancaq bir müddət sonra müşahidə etdik ki, o yaranmış vəziyyətdən sui-istifadə edir, layihəmizi siyasiləşdirməyə çalışır, bizdən kənarda tamamilə başqa fikirlər səsləndirir. Bir neçə dəfə ona irad bildirib məsələyə siyasi yöndən yanaşmamasını istəsək də, lakin Rövşən Qəmbər fikrindən daşınmadı və öz pozuculuq fəaliyyətini davam etdirdi". Arzuman Muradlı ehtimal edir ki, Rövşən Qəmbər siyasi divident qazanmaq üçün bu prosesə qoşulubmuş: "Ancaq sonradan gördü ki, onun planları burada keçməyəcək və ona görə də pozuculuq işləri ilə məşğul olmağa başladı. Nəticə etibarilə Rövşən Qəmbər, ümumilikdə isə 7 nəfər siyasi manipuliyasiya edib siyasi şantaja keçdirkləri üçün "Milli İnkişaf" İctimai Birliyi tərəfindən Təşəbbüs Qrupundan uzaqlaşdırıldı".

Yeni yaradılan Təşəbbüs Qrupu barədə də məlumat verən Arzuman Muradlı deyib ki, cəmiyyətin tanınmış simaları, ziyalılar, alimlər, yazıçılar, hüquqşünaslar,  iş adamları, vətəndaş cəmiyyətinin nümayəndələri, media təmsilçiləri də orada təmsil olunur: "Təşəbbüs  qrupunun  üzvləri sırasında "Milli İnkişaf"  İB-nin  sədri, iqtisad  elmləri  üzrə fəlsəfə  doktoru olaraq mən,  Heydər  İmanov- Rusiya ,Smolni  İnstitutunun  rektoru, akademiki Heydər İmanov, BSU professoru, Jurnalistika  kafedrasının  müdiri, əməkdar  jurnalist Şəlalə Həsənova, professor, tərcüməçi Məmməd  Nəcəfzadə, - professor, tərcüməçi, Dünya    Hapkido  Federasiyasının  prezidenti, sülhməramlı səfir, fəxri  professor Cəmil İzzətov, Prezidentin  Təhlükısizlik  Xidmətinin sabiq  əməkdaşı, polkovnik Hikmət Ağayev, Ümumdünya  Sülh  Federasiyasının üzvü, Beynəlxalq  Humanistika  İnstitutu  İB-nin  sədri Elmira Məhəddinli, rəssam, Uluslararası  Aktivist  Sənətçilər  Birliyinin  Azərbaycan  təmsilçisi Nəvai İbrahimov,  şair, alman  dili  mütəxəssisi Kikayıl Əsgərov, yazıçı, jurnalist, Qızıl qələm  mükafatçısı Südabə Əhmədova, sahibkar, "Leyla  Khazari"qalareyasının  rəhbəri Leyla Musayeva, jurnalist, təhsil  içşisi Əlövsət Əliyev, Rusiya, Buryatiya  Respublikası  Selenqa, Kuban şəhərləri  Azərbaycan  Diasporasının  rəhbəri Cəmil Hüseynov,  Ilqar  Rüstəmov -"Xalq"  qəzetinin  məsul  katibi, əməkdar  jurnalist İlqar Rüstəmov, İctimai  Televiziya  və  Radio verilişləri  Yayım  Şirkətinin  "Carçı-film" yaradıcılıq  birliyinin direktor  müavini Eldar İsgəndərzadə, El  TV, kanalS televiziya, kanal 32 media  şəbəkəsinin baş redaktoru İnqilab Şirinli, jurnalist,  "Azərsu" ASC poliqrafiya  mərkəzinin  redaktoru Mirbağır Quliyev, "Xəbər lenti.com" saytının  redaktoru, şair, jurnalist Seyidhüseyn Mahmudov, müəllimə Sevinc Sultanova, "Spase" Müstəqil  Televiziya  və Radio  Şirkətinin "Hər  səhər" proqramının  rəhbəri, jurnalist Rauf Rəcəbov, "Dedektiv   Lyuks "  qəzeti  və "dedektivinfo.com" saytının baş  redaktoru Vüqar Qazıyev, qazı, jurnalist Xanlar Abdullali, Respublika  və  Beynəlxalq  dərəcəli  hakim, idman  ustası Adıgözəl Rəcəbov, qazi, "Vətəninfo.az"informasiya  agentliyinin  baş redaktoru Nahid Canbaxışlı, ADNŞ-də  böyük  mühəndis Emin Hacıyev, iqtisadçı Aliyə  Mustafayeva, Avrasiya  İnformasiya  Agentliyinin rəhbəri, Demokratik  İslahatların   İnkişafı   Mərkəzi  İB-nin  sədri Cavid Şahverdiyev,  "Talysh DNA Project" in təsisçisi  və rəhbəri, Dövlət  Milli  Arxivində  müstəqil  elmi  tətqiqatçı Rəzzaq Rəcəbov, Gəncə  Maarif  Evi  İB-nin  təsisçisi İmamverdi Vəluyev, sahibkar Mətin  Cəfərov, Rusiya, Tatarıstanda  Azərbaycan   Diasporasının  rəhbəri Sərraf Kərimov, qazi, hərbiçi Köçəri  Rüstəmov və hüquqşünas Nuru Kazımov daxildir".

Qarabağda Heydərabad şəhəri ideyasının müəllifi bildirib ki, yeni Təşəbbüs Qrupu tərəfindən sözügedən ideya ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlanıb: "Qarşıdan Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi gəlir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Torpaqlarımızın azadlığı, xalqımızın firəvanlığı uğrunda gecəli-gündüzlü yorulmadan fəaliyyət göstərən ümummilli lider Heydər Əliyevin adının Qarabağda salınacaq çoxmilyonlu şəhərə verilməsi  hər bir azərbaycanlının ürəyincə olacaq. Eyni zamanda Heydərabad şəhərinin təməlinin qoyulması Heydər Əliyevin 100 illik yubileyinə və "Heydər Əliyev İli"nə xalqımızın ən gözəl hədiyyəsi olar".

Qeyd edək ki, Füzuli hava Limanının ətrafı, Araz çayı boyunca, Füzuli, Cəbrayıl, Beyləqan, Xocavənd rayonlarının ərazilərindən təqribən 2000-2500 kvadrat kilometr sahənin ayrılaraq müasir Heydərabad şəhərinin salınması planlaşdırılır.

Müəllif: