Ucnoqta.az
www.ucnoqta.az

"Daşıyıcıların yeni marşrut xətlərinə marağı yoxdur" - <font color=red><b>Nazir müavini</b></font>

17:26 - 27 Oktyabr 2022 tarixində dərc olunub.

Azərbaycanın daşıyıcı şirkətlərinin yeni marşrut xətlərinə marağı yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
"Son vaxtlar çalışırıq ki, yeni marşrut xətlərini ancaq müsabiqə yolu istifadəyə verək. Qarabağ istiqamətində marşrut xətləri üçün müsabiqələr keçirilib, hazırda isə cənub bölgəsi üçün də müsabiqələr keçirilir. Bu müsabiqələri tam şəffaf şəkildə keçirmək bizim vəzifəmizdir. Ancaq şirkətlər tərəfdən maraq yoxdur. Biz bunu təbliğ etməyə çalışırıq", - deyə o, qeyd edib.

Daha sonra ictimai nəqliyyatda gediş haqqının artırılmasına da toxunan nazir müavini bildirib ki, Azərbaycanda ictima nəqliyyatda qiymətlərin artırılması dövlət üçün ən arzuedilməz variantdır.

"Nazirlik müxtəlif modellər üzərində iş aparır, aidiyyatı təklifləri müzakirə edir, güman edirik ki, ictimai nəqliyyatda qiymət artımı olmasa belə hansısa subsidiyalaşma mexanizmləri ola bilər. Başqa ölkələrin təcrübələrində görürük ki, ictimai nəqliyyat gəlirsiz bir sahədir", - deyə o, qeyd edib.

Müəllif: