Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da məktəbdə atışma - Ölənlər var

22:39 - 24 Oktyabr 2022 tarixində dərc olunub.

ABŞ-ın Sent-Luis bölgəsində yerləşən orta məktəblərin birində atışma baş verib.

Bu barədə "Reuters" Sent-Luis polis komissarı Mayk Maka istinadən məlumat yayıb.

Silahlı şəxsin məktəbə hücumu zamanı azı iki nəfər ölüb, altı nəfər yaralanıb.

Mak bildirib ki, polislər atəş açan şəxsi zərərsizləşdirib.

Müəllif: